Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikasının federal prezidenti zati-aliləri cənab Tomas Klestilə təbriki - Bakı şəhəri, 3 mart 2002-ci il


Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında diplomatik əlaqələr qurulmasının 10-cu ildönümü münasibətilə Sizi təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.