Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ekvador Respublikasının Prezidenti zati-aliləri cənab Qustavo Novoa Bexaranoya təbriki - Bakı şəhəri, 7 avqust 2001-ci il


Hörmətli cənab Prezident!

Ekvador Respublikasının milli bayramı - Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Ekvador xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Ekvador arasında təşəkkül tapmaqda olan dostluq münasibətlərinin inkişafı xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT