Fələstin problemi


XIX əsrdən başlayaraq Aralıq dənizi və İordan çayı arasında yerləşən tarixi Fələstin ərazisində yəhudilər və ərəblər arasında ərazi və dövlət uğrunda başlayan mübarizə nəticəsində yaranmış münaqişə. 1948-ci ildə BMT-nin hər iki xalq üçün dövlət nəzərdə tutan Fələstin ərəblərinin mənafeyinə zidd bölüşdürmə planının Fələstin ərəbləri və ərəb dövlətləri tərəfindən rədd edilməsindən sonra açıq müharibə formasına keçib. Fələstin probleminə görə 1956, 1967, 1973-cü illərdə illərdə irimiqyaslı İsrail-ərəb dövlətləri münaqişələri baş verib.