Syerra Leone Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Tecan Kabbaya - Bakı şəhəri, 24 aprel 2001-ci il


Hörmətli cənab prezident!

Syerra Leone Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Syerra Leone xalqını ürəkdən təbrik edirəm.

Şübhəsiz ki, Azərbaycan Respublikası ilə Syerra Leone Respublikası arasındakı münasibətlərin inkişafı ölkələrimizin və xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan qəzeti, 25 aprel 2001-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış