Polşa Respublikasının prezidenti Zati-aliləri cənab Aleksandr Kvasnevskiyə - Bakı şəhəri, 10 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Polşa Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

Seçkilərdə Sizin inamlı qələbəniz yeritdiyiniz siyasətin qardaş Polşa xalqı tərəfindən dəstəkləndiyini bariz şəkildə nümayiş etdirir.

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

“Azərbaycan" qəzeti, 11 oktyabr 2000-ci il 

 

Tarixi arayış

Azərbaycan - Avropa