Nepalın kralı Əlahəzrət Birendra Bir Bikram Şah Devə - Bakı şəhəri, 25 dekabr 2000-ci il


Əlahəzrət!

Nepal Krallığının milli bayramı – Kralın təvəllüdü günü münasibətilə Sizi, kral ailəsinin bütün üzvlərini və ölkənizin dost xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Nepal Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə inkişaf edəcəkdir.

Əlahəzrət, Sizə möhkəm cansağlığı və səadət, ölkənizin bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydәr Әliyev,
Azərbaycan Respublikasının Prezidenti. 

"Azərbaycan" qəzeti, 27 dekabr 2000-ci il.

 

 

 

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Tarixi arayış