Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Əbdüləziz Butufləkə - 7 may 1999-cu il


Hörmətli Əbdüləziz Buluflək,

Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasındakı dostluq və əməkdaşlıq xalqlarımızın qarşılıqlı mənafeyi və rifahı naminə daha da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə işlərinizdə uğurlar diləyir, Əlcəzair xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 may 1999-cu il.