Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Suriya Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Bəşşar Əsədə təbriki - Bakı şəhəri, 15 aprel 2001-ci il


Hörmətli cənab Prezident!

Suriya Ərəb Respublikasının milli bayramı münasibətilə Sizi və qardaş Suriya xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında təşəkkül tapmış münasibətləri yüksək qiymətləndirirəm. Ümidvaram ki, qarşılıqlı səylərimiz xalqlarımızın və ölkələrimizin rifahına mühüm töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.