Avstraliyanın baş naziri zati-aliləri cənab Con Uinston Hovarda - Bakı şəhəri, 14 oktyabr 2002-ci il


Hörmətli cənab baş nazir!

İndoneziyada törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Avstraliya xalqına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 15 oktyabr 2002-ci il.