CNN türk televiziya kanalının əməkdaşlarına – Bakı şəhəri, 9 oktyabr 2000-ci il


CNN türk televiziya kanalının yaradılmasının birinci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

XXI əsrə qədəm qoyduğumuz bir zamanda qlobal rabitə və informasiya mübadiləsi məsələləri həyatımızın mühüm amilinə çevrilmişdir. Dünyada baş verən hadisələr barədə tez, dəqiq və obyektiv informasiya çatdırılmasına bu gün bütün bəşəriyyət böyük ehtiyac duyur.

CNN televiziya kanalı bu sahədə çox səmərəli fəaliyyət göstərir. Türkiyənin qabaqcıl media strukturu olan Doğan Media holdinq və CNN televiziya kanalının bir il bundan əvvəl birgə yaratdıqları CNN türk televiziya kanalı Türkiyə ilə bərabər Balkanda, Qafqaz və Orta Asiya regionunda xəbər mübadiləsinin sürətləndirilməsi, xalqların yaxınlaşması, onlar arasında əlaqələrin artırılması kimi nəcib işə xidmət edir.

Əminəm ki, böyük bir regiona yayımlanmaq məqsədi daçıyan CNN türk televiziya kanalı özünün operativ və obyektiv informasiyası ilə auditoriyasını gündən-günə genişləndirəcək, tamaşaçı kütləsinin rəğbətini qazanacaqdır.

Fəaliyyətinizin birinçi ildönümü ilə bağlı bu əlamətdar gündə Sizin hamınıza möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 11 oktyabr 2000-ci il.

Tarixi arayış

MEDİA