Əsgər Akayev, Qırğızıstan Respublikasının Prezidenti (1990-2005)


Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırdılar.

Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.
 
***
 
Azərbaycan xalqının mənəvi dirçəlişi, respublikanın iqtisadiyyatının və bütün həyat fəaliyyətinin yeniləşməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun müdrikliyi , siyasi iradəsi sayəsində Azərbaycan dünya dövlətləri birliyində layiqli yer tutmuşdur.
 
***

Çox hörmətli Heydər Əlirza oğlu,

Qazandığınız inandırıcı qələbə münasibəti ilə Sizi ürəkdən təbrik edir və əminəm ki, Qırğızıstanda hamı bununla əlaqədar sevinc hissi keçirir .Var qüvvəsini, biliyini , təcrübəsini və enerjisini vətənin rifahına həsr edən görkəmli dövlət xadimi və siyasi xadim kimi Sizin istedadınız Azərbaycan vətəndaşları tərəfindən layiqincə qiymətləndirilmişdir. Onlar ölkənizi sülh, tərəqqi və çiçəklənmə yolu ilə XX Ι əsrə aparmağı Sizə etibar etmişlər.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.99.