İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri cənab Adolf Oqiyə - Bakı şəhəri, 4 yanvar 2000-ci il


Hörmətli cənab prezident!

İsveçrə Konfederasiyasının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.