Seneqal Respublikasının prezidenti zati-aliləri cənab Abdulla Veydə - Bakı şəhəri, 11 may 2000-ci il


Hörmətli cənab prezident!

Seneqal Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasında təşəkkül tapan münasibətlərə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Seneqal xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 may 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış