«Avrasiya teleforumu-99»un iştirakçılarına - Bakı şəhəri, 16 avqust 1999-cu il


«Avrasiya teleforumu-99»un iştirakçılarını ürəkdən salamlayıram!

Bu cür teleforumlar geniş auditoriyaya informasiya sahəsində qarşılıqlı surətdə zənginləşmək və müxtəlif baxışları müqayisə etmək üçün yaxşı imkan verir. Onlar suveren dövlətlərin həyatı haqqında obyektiv məlumatın formalaşmasına, bu dövlətlərdə baş verən proseslərin doğru-düzgün əks etdirilməsinə kömək edir.

Əminəm ki, «Avrasiya teleforumu-99»un iştirakçıları birgə səylərlə nəinki televiziya məhsulunun sivilizasiyalı bazarının formalaşmasına nail ola biləcək, həm də bölgəmizdə sülh, sabitlik və tərəqqi naminə xalqlar dostluğunun möhkəmlənməsi işinə öz töhfəsini verəcəklər.

«Avrasiya teleforumu-99»un iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Tarixi arayış

MEDİA