Hörmətli Aleksandr Serafimoviç!
Əlamətdar yubiley - "Trud" qəzetinin 80 illiyi münasibətilə Sizi və bütün həmkarlarınızı ürəkdən təbrik edirəm.
Qəzetiniz özünün bütün varlığı ərzində aktual və dərin məzmunlu yazıları ilə geniş oxucu auditoriyasının diqqət və marağını cəlb etmişdir. "Trud" qəzeti gerçəkliyi doğru-düzgün və hərtərəfli əks etdirmək prinsiplərinə bu gün də sadiq qalaraq, bütün postsovet məkanında layiqli nüfuza və şöhrətə malikdir.
Sizə və bütün kollektivinizə böyük yaradıcılıq uğurları, xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.