"İstiqlal" qazma qurğusunun işə salınması münasibətilə təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi (2 sentyabr 1998-ci il)" sənədinə tarixi arayış


Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının məntiqi nəticəsi kimi Azərbaycanın neft sənayesində köklü islahatlar aparılıb, güclü infrastruktur yaranıb, neft sənayesinə müasir texnologiyalar, idarəetmə təcrübəsi gətirilib. Respublikanın neft donanması, ümumiyyətlə dəniz neft sənayesinin infrastrukturu yeniləşdirilib.

“Xəzərdənizneft” yarımdalma qazma qurğusu təkmilləşdirilib və “Dədə Qorqud” adı ilə ikinci həyata başlanıb. “Şelf-5” qazma qurğusu əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunaraq dünyada ən böyük üzən qazma qurğularından birinə çevrilib və 1998-ci ilin sentyabrında “İstiqlal” adı ilə istifadəyə verilib. Dənizin daha dərin hissələrində neft quyuları qazmağa imkan verən ən müasir çoxfunksiyalı özüqalxan “Qurtuluş” və Heydər Əliyev adına yarımdalma “Lider” adlı qazma qurğuları yaradılıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.128