Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Kvasnevskiyə məktubu - Bakı şəhəri, 29 aprel 2003-cü il


Hörmətli cənab prezident!

Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin gündən-günə inkişaf etməsindən məmnunam. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bütün sahələrdə genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 3 may 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa