Qabon Respublikasının prezidenti Zati-Aliləri cənab Əl-Hacı Ömər Bonqoya – Bakı şəhəri, 15 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Qabon Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Qabon xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizin bütün vətəndaşlarına firavanlıq və tərəqqi arzulayıram. 

İnanıram ki, Azərbaycan Respublikası ilə Qabon Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri hər iki ölkənin mənafeyinə uyğun olaraq inkişaf edib möhkəmlənəcək, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 17 avqust 2000-ci il

Oçerklər

XARİCİ SİYASƏT

Ümumi tarixi arayış

Tarixi arayış