Hörmətli cənab Prezident!
Monqolustanın milli bayramı - Xalq İnqilabı günü münasibətilə Sizi və dost Monqolustan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.