Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Yohannes Rauya - Bakı şəhəri, 27 aprel 2002-ci il


Hörmətli cənab prezident!

Erfurt şəhərindəki gimnaziyada baş vermiş faciə məni ürəkdən kədərləndirdi.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Almaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 28 aprel 2002-ci il.