Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveç Krallığının baş naziri zati-aliləri cənab Kyel Maqne Bundevikə məktubu - Bakı şəhəri, 13 may 2003-cü il


Hörmətli cənab baş nazir!

Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimizin iqtisadi sahədə uğurlu əməkdaşlığı qarşılıqlı əlaqələrimizin bütün sahələrdə genişlənməsinə daim öz müsbət təsirini göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 may 2003-cü il.