İndoneziya Respublikasının prezidenti zati-aliləri xanım Meqavati Sukarnoputriyə - 15 avqust 2003-cü il


Hörmətli xanım prezident!

İndoneziya Respublikasının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 avqust 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya