Avstriya Respublikasinin Prezidenti Zati-aliləri cənab Tomas Klestilə - Bakı şəhəri, 20 oktyabr 2000-ci il


Hörmətli cənab Prezident!

Avstriya Respublikasının milli bayramı - daimi bitərəflik elan edilməsi günü münasibətilə Sizi və dost Avstriya xalqını salamlayır və səmimiyyətlə təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında əsasını qoyduğumuz dostluq və əməkdaşlıq münasibətləri inkişaf edib genişlənərək hər iki ölkənin xalqlarının mənafeyinə, Avropada və bütün dünyada sülh və tərəqqi işinə xidmət edəcəkdir.

Cənab Prezident, Sizə cansağlığı və səadət, ölkənizə firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 

"Azərbaycan" qəzeti, 24 oktyabr 2000-ci il.