Hörmətli cənab baş nazir!
Ölkənizin milli bayramı - Avstraliya günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapan dostluq münasibətləri qarşılıqlı surətdə faydalı əməkdaşlığımız üçün imkanlar açacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 26 yanvar 2003-cü il.