Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq İnkişaf üzrə Dövlət Katibinin müavini Corc Foulks ilə görüşdəki söhbətindən - London, Azərbaycan Prezidentinin iqamətgahı, 20 iyul 1998-ci il


Heydər Əliyev: Cənab Corc Foulks, mən sizi səmimi-qəlbdən salamlayıram və Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyətindən razı qaldığımı bildirirəm.

Corc Foulks: Mən də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ilə görüşümdən şərəf duyduğumu bildirirəm. Müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə Böyük Britaniyanın xüsusi maraq göstər-diyini vurğulamaq istəyirəm.

Heydər Əliyev: Birləşmiş Krallığa rəsmi səfərə gəlməyimdən çox məmnunam. Cənab Foulks, sizin rəhbərlik etdiyiniz sahə bizim üçün çox əhəmiyyətlidir. Ona görə də sizinlə görüşüm tamamilə məntiqəuyğundur.

Cənab Foulks: Sizə məlumat verim ki, biz əsasən beynəlxalq inkişaf, maliyyə, ətraf mühitin qorunması, qanunvericilik, sosial sahədə islahatlar aparılması məsələləri ilə yaxından məşğul oluruq. Bütün bu sahələrdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha da sıxlaşdırılmasının vacib olduğunu nəzərə çatdırıram. Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə son illər Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazanılmış uğurları müsbət qiymətləndirirəm və bildirirəm ki, onlar gənc müstəqil respublikanıza əməli kömək göstərməyə hazırdırlar.

Heydər Əliyev: Demokratik inkişaf, bazar münasibətləri yolunu seçən, öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx bağlanmasına böyük əhəmiyyət verən Azərbaycanda 1995-ci ildə ilk demokratik konstitusiya qəbul olunmuşdur, bir sıra siyasi partiyaların təmsil edildiyi parlament formalaşmışdır, ölkədə möhkəm sabitlik yaradılmışdır. Azərbaycanda insan hüquqlarının qorunması, demokratik prinsiplərin bərqərar edilməsi, siyasi plüralizmə geniş meydan verilməsi sahəsində böyük işlər görülmüşdür. Azərbaycanda qarşıda prezident seçkiləri olacaqdır. Ölkəmizin konstitusiyasi, seçkilər haqqında qəbul olunmuş qanun seçkilərin tam demokratik, azad və ədalətli keçirilməsinə şərait yaradır. Biz seçkilərin beynəlxalq hüquq normaları əsasında, Avropa standartlarına uyğun, bütün xalqm iştirakı ilə keçirilməsinə, yəni geniş kütlələrin demokratik prosesə tam cəlb olunmasına xüsusi əhəmiyyət veririk. Bilirsiniz ki, Azərbaycanda demokratiya yeni bir şeydir. Böyük Britaniya demokratiya ilə yüz illərlə məşğuldur. Amma biz öz dövlət müstəqilliyimizi cəmi altı il bundan əvvəl əldə etmişik. Müstəqillik qazanandan sonra respublikamızın qarşılaşdığı vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi sizə məlumdur. Bütün bu çətinliklərə baxmayaraq biz Azərbaycanda demokratiyanın inkişaf etdiririk və etdirəcəyik. Güman edirəm ki, qarşıdakı prezident seçkiləri bu sahədə böyük bir addım olacaqdır. Xalq tam demokratik şəraitdə kimə səs versə, o da prezident olacaqdır.

Corc Foulks: Cənab prezident Heydər Əliyev, sizin Azərbaycanda həyata keçirdiyiniz tədbirlər Birləşmiş Krallıq tərəfindən dəstəklənir. Onu da söyləmək istəyirəm ki, mən respublikanıza səfərə gəlmək niyyətindəyəm.

Heydər Əliyev: Cənab Corc Foulks, mən də sizi böyük məm-nuniyyətlə Azərbaycana rəsmi səfərə dəvət edirəm.