İsveç Krallığının baş naziri Zati-Aliləri cənab Qoran Perssona – Bakı şəhəri, 5 iyun 2000-сi il


Hörmətli baş nazir!

İsveç Krallığının milli bayramı – İsveç Bayrağı günü münasibətilə Sizi və ölkənizin dost xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Cənab baş nazir, Sizə möhkəm cansağlığı və səadət, İsveç xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

“Azərbaycan” qəzeti, 6 iyun 2000-ci il

 

 

Tarixi arayış

Azərbaycan - Avropa