Finlandiya Respublikasının Prezidenti zati-aliləri xanım Tarya Halonenə - Bakı şəhəri, 15 oktyabr 2002-ci il


Hörmətli xanım prezident!

Vantaa şəhərciyindəki ticarət mərkəzində baş vermiş terror aktı nəticəsində insan tələfatı məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və Finlandiya xalqına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 16 oktyabr 2002-ci il.