Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Bill Klintona - 25 aprel 1994-cü il


Hörmətli cənab Prezident!

Görkəmli siyasi və ictimai xadim, dünya ictimaiyyətinin böyük hörmətini qazanmış prezident Riçard Niksonun vəfatı xəbərini dərin hüznlə qarşıladım. Onun yorulmaz və faydalı fəaliyyəti ömrünün son gününə kimi, demokratiya, sülh və azadlıq ideallarının bərqərar olmasına, ölkələrin və xalqların yaxınlaşdırılması yollarının tapılmasına həsr edilmişdi.

Bu kədərli hadisə ilə bağlı Sizə və Amerika xalqına başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.