Əfqanıstanın müvəqqəti hökumətinin başçısı zati-aliləri cənab Həmid Karzaiyə - Bakı şəhəri, 27 mart 2002-ci il


Hörmətli Həmid Karzai!

Əfqanıstanın şimalında Baqlan və Qunduz əyalətlərində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 28 mart 2002-ci il .

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya