Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin sədri zati-aliləri cənab Kim Çen İrə təbriki - Bakı şəhəri, 4 sentyabr 2001-ci il


Hörmətli cənab sədr!

Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və dost Koreya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasındakı dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya