Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Cibuti Respublikasının Prezidenti zati-aliləri cənab İsmail Ömər Ciliyə təbriki - Bakı şəhəri, 21 iyun 2001-ci il


 

Hörmətli cənab Prezident!
Cibuti Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Cibuti xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış