1993-cü ildə xalqın təkidli tələbilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu ilə paralel surətdə mədəni-mənəvi və milli-tarixi yaddaşın bərpası işini reallaşdırıb. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər, o cümlədən barış və saf niyyətlər bayramı olan Novruz xalqa qaytarılıb.
Heydər Əliyev hər il Novruz bayramında Azərbaycan xalqına rəsmi təbrik ünvanlayıb, paytaxtda keçirilən bayram şənliklərində şəxsən iştirak edib.