Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil olunmuş Novruz şənliyində çıxışı ("Gülüstan" Sarayı, 20 mart 1996-cı il) sənədinə tarixi arayış


Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının başlıca müddəalarını özündə ehtiva edən Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu 1998-ci ildə qəbul olunub. Həmin vaxtdan etibarən ötən müddət ərzində bununla əlaqədar milli qanunvericilik və normativ-hüquqi aktlar mütəmadi təkmilləşdirilib, şəhid uşaqları və kimsəsiz uşaqların hüquqlarının müdafiəsinə, onların geniş dünyagörüşlü və sağlam ruhda böyüməsinə yönəlmiş bir çox dövlət proqramları həyata keçirilib. Bir sıra vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar kimsəsiz uşaqları yeni alternativ qayğı xidmətləri ilə təmin edir. Bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə seçilir.

k liderin 90 anı”, Heydər Əliyev irsini Araşrma rkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.67