Almaniya Federativ Respublikasının Federal Kansleri zati-aliləri cənab Gerhard Şröderə - Bakı şəhəri, 27 oktyabr 1998-ci il


Möhtərəm cənab Şröder!

Sizi Almaniya Federativ Respublikasının federal kansleri seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, Almaniya ilə Azərbaycan arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Biz Azərbaycan-Almaniya münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk.

Əminəm ki, sizin federal kansler vəzifəsində çalışacağınız dövrdə əlaqələrimiz hər iki dövlətin xalqlarının mənafeyi, Avropada və bütün dünyada sülh və tərəqqi naminə daha da genişlənəcək və dərinləşəcəkdir.

Fürsətdən istifadə edib sizə cansağlığı və uğurlar, alman xalqına sülh, səadət və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

Azərbaycan - Avropa