Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçmailə görüşü – Yalta şəhəri, 9 sentyab1999-cu il


"Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsrdə ayırıcı xətləri olmayan inteqrasiyalı Avropaya doğru” forumu çərçivəsin­də keçirilən sammitdə iştirak etmək üçün Yaltaya gəlmiş Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Ukraya prezi­denti Leonid Kuçma ilə görüşmüşdür.

Prezident Heydər Əliyevi onun üçün ayrılmış iqamətgahın qarşısında səmimi salamlayan Ukrayna prezidenti Leonid Kuçma dövlətimizin başçısının sammitə gəlişindən məmnunluq hissi keçirdiyini xüsusi vurğuladı. Sonra dövlət başçıları arasında təkbətək görüş oldu.

Ukrayna-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən razılıq hissi ilə söz açan prezident Kuçma ölkələrimiz arasındakı münasibətlərin dərinləşdirilməsində və sıxlaşdırılmasında pre­zident Heydər Əliyevin xü­susi xidmətlərini qeyd etdi.

Prezident Kuçma Ukraynada məhsul yığımına son dərəcə mühüm yardım göstərərək bu ölkəyə yanacaq göndərilməsinə, bunun sahəsində enerji daşıyıcıları bazarında böhranın nəticələrinin azaldılmasına, tarla işlərinin uğurla davam etdirilməsi və cari ilin məhsulunun yığılması üçün imkan yaradılmasına görə respublikamızın başçısına hədsiz minnətdarlığını bil­dirdi. Bu yardımı ölkələ­rimiz və xalqlarımız arasında əsl dostluq münasibətlərinin parlaq təzahürü kimi qiymətləndirən Ukrayna prezidenti qarşılıqlı surətdə faydalı əməkdaşlıq və tərəfdaşlığın əhəmiyyətini bir da­ha ön sıraya çəkdi.

Azərbaycan prezidenti Heydər Əliyev sammitə dəvət olunduğuna, burada mebribancasına və səmimiyyətlə qarşılandığına,ona göstərilmiş qonaqpərvərliyə görə Ukrayna prezidentinə təşəkkürünü bildirdi. Ölkələrarasında yaranmış qardaşlıq və dostluq münasibətlərindən  məmnuniyyətlə danışan dövlətbaşçısı Azərbaycan və Ukrayna əlaqələrinin durumundan razı qaldığını bildirdi,qarşılıqlı surətdə faydalı və irəli əməkdaşlığın perspektivlərindən söz açdı.

Daha sonra prezidentlər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra məsələləri müzakirə etdilər. Dövlət başçıları Böyük İpək yolunun Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bərpası proqramı üzrə Ukrayna-Azərbaycan əməkdaşlığının bir sıra məsələlərini nəzərdən keçirdilər.

Görüş iştirakçıları beynəlxalq problem və məsələlərdə də geniş fikir mübadiləsi apardılar.

“Azərbaycan” qəzeti, 10 sentyab1999-cu il