İzmir müqaviləsi


1977-ci ildə 3 təsisçi dövlət - Türkiyə, Pakistan və İran tərəfindən regionda davamlı iqtisadi inkişafa nail olmaq məqsədi ilə Türkiyənin İzmir şəhərində Inkişaf üçün Regional Əməkdaşlıq Təşkilatının (İRƏT) yaradılmasını nəzərdə tutan müqavilə imzalanıb və İRƏT bu müqavilə əsasında fəaliyyətə başlayıb. 1985-ci ildən İRƏT İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi fəaliyyət göstərməyə başlayıb. 1992-ci ildən 7 yeni dövlət - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan İƏT-ə könüllü üzv qəbul edildikdən sonra təşkilat öz fəaliyyətini daha da genişləndirib. Hazırda İƏT-ə üzv olan ölkələrin ərazisi 7 milyon kvadrat kilometri əhatə edir ki, burada da 300 milyondan çox əhali yaşayır. Bu isə öz növbəsində İƏT-in böyük iqtisadi və sosial-humanitar imkanlarından xəbər verir.