Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti zati-aliləri cənab Huqo Rafael Çaves Friasa təbriki - Bakı şəhəri, 28 iyun 2001-ci il


Hörmətli cənab Prezident!

Venesuela Respublikasının milli bayramı - Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Venesuela xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Venesuela əlaqələrinin inkişafı xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT