Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Klivlend klinikasının idarə heyətinin sədri doktor Froyd Lup cənablarına - Klivlend şәһәri, 16 may 1999-cu il


Әziz doktor Lup, Klivlend klinikasında müalicəmin әn yüksәk sәviyyәdә tәşkil olunması, mәnә xidmәt göstәrmәk üçün әn tәcrübәli vә istedadlı hәkimlәrin vә tibb işçilәrinin tәyin olunması, ürәyimdә aparılan cәrrahiyyә әmәliyyatının uğurla keçmәsi vә sәhhәtimin yaxşılaşması sahәsindә gördüyünüz dәyәrli tәdbirlәrә görә sizә tәşәkkürümü bildirirәm.

Sizin bu tibb mәrkәzi haqqında çox eşitmişdim. Ancaq onun bu qәdәr nәhәng, çoxprofilli, yüksәk elmi potensiala malik olduğunu vә burada on mindәn cox bacarıqlı, qabiliyyәtli hәkim ordusunun çalışdığını tәsәvvür edә bilmirdim.

Sizin bu kompleks böyük bir şәһәr tәәssüratı yaradır. Müasir tibb elminin әldә etdiyi әn böyük nailiyyәtlәr burada tәtbiq olunur. Dünyanın әn mütәrәqqi tibb texnologiyası vә onlardan sәmәrәli vә keyfiyyәtli istifadә etmәyi bacaran yüksәk tibbi hazırlıqlı mütәxәssislәr burada cәmlәşiblәr.

Bütün bunlar sizin mәrkәzin müalicә kompleksinin әn yüksәk standartlara cavab verdiyinә əyani sübutdur. Sevindirici haldır ki, siz tәkcә ABŞ vәtәndaşlarına deyil, dünyanın bir çox ölkәlәrindәn olan vә ağır xәstәliklәrә düçar olmuş milyonlarla insanların hәyatını xilas edir, ömrünü uzadır vә onların iş qabiliyyәtini yenidәn bәrpa edirsiniz.

Sözün açığı, burada gördüklәrim mәni valeh edibdir. Bir daha әmin oldum ki, dünyanın әn inkişaf etmiş böyük ölkәlәrindәn biri olan ABŞ eyni zamanda müasir tibb elminin inkişaf etdirilmәsi vә ehtiyacı olan insanlara xidmәt göstәrilmәsi sahәsindә dә böyük nailiyyәtlәr qazanıbdır vә geniş potensiala malikdir.

Aldığım müalicәdәn çox razı qaldım. Burada keçirdiyim günlәr mәni sizin klinika ilә sıx bağlayıb, dost edibdir. Mәnә burada hәddәn artıq qayğı, diqqәt, xoş, mehriban münasibәt göstәrilibdir. Mәnim müayinәm vә müalicәm ilә mәşğul olan kardiocәrrah Brus Laytlın vә onun başcılıq etdiyi hәkimlәr qrupunun, kardioloq Murat Tuzcunun vә onun başcılıq etdiyi hәkimlәr qrupunun istedadını, işgüzarlığını, mәnә göstәrdiklәri әla tibbi xidmәti xüsusi qeyd etmәk istәyirәm. Siz belә insanlarla fәxr edә bilәrsiniz.

Bu günlәr burada müalicә olunarkәn mәnә mәlum oldu ki, bu tibb mәrkәzinin yaranmasında vә burada kardiocәrrahiyyә elminin vә praktikasının inkişaf etmәsindә sizin böyük xidmәtlәriniz var. Siz bu böyük tibb mәrkәzinә tam mәnәvi hüquqla rәhbәrlik edirsiniz.

Mәn mәharәtlә başcılıq etdiyiniz bu gözәl klinika barәdә öz tәәssüratlarımı qısaca da olsa, sizә çatdırmağa çalışdım. Bütün bu möhtәşәm vә gözәl işlәrinizә görә, müalicәmin yüksәk sәviyyәdә tәşkil olunmasına görә, mәnә göstәrilәn diqqәt vә qayğıya, mehriban vә dost münasibәtinә görә sizә, tibb mәrkәzinin bütün әmәkdaşlarına bir daha dәrin tәşәkkürümü bildirirәm.

Sizә cansağlığı, uzun ömür, xoşbәxtlik arzulayır vә gәlәcәk işlәrinizdә yeni-yeni müvәffәqiyyətlәr dilәyirәm.

Sizi, cәnab Lup, ailәniz ilә birlikdә müvafiq bildiyiniz zaman Azәrbaycan prezidentinin şәxsi qonağı kimi Azәrbaycana dәvәt edirәm.

Dәrin hörmәtlә,

Heydәr Әliyev,
Azәrbaycan Respublikasının prezidenti

"Azərbaycan" qəzeti, 19 may 1999-cu il

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər