Mərakeşin kralı Əlahəzrət VI Məhəmmədə - 26 fevral 2001-ci il


Əlahəzrət!

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və qardaş Mərakeş xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Mərakeş arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək və xalqlarımız mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 3 mart 2001-ci il.