Hörmətli cənab prezident!
Əziz dostum və qardaşım!
Malatya üzərində təyyarə qəzası xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu faciəli hadisə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 18 may 2002-ci il.