Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanının Ciddə şəhərində mətbuat konfransında bəyanatı (11 iyul 1994-cü il) sənədinə tarixi arayış


 1994-cü ilin 9-13 iyul tarixlərində Heydər Əliyev Səudiyyə Ərəbistanında səfərdə olub. Səfər dövründə Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi, mərhum Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və s. rəsmi şəxslərlə danışıqlar aparıb, Kəbəyə Ümrə ziyarəti edib, Kəbə evinin içinə daxil olub.

Səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanıb, səfərin yekunlarına dair Birgə Bəyanat qəbul edilib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.36