Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hindistan Respublikasının baş naziri zati-aliləri cənab Atal Bihari Vaçpaiyə məktubu - Bakı şəhəri, 21 yanvar 2003-cü il


Hörmətli cənab baş nazir!

Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımız arasında tarixi ənənələri olan əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 yanvar 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya