Litva Respublikasının Prezidenti zati-aliləri cənab Rolands Paksasa - Bakı şəhəri, 9 yanvar 2003-cü il


Hörmətli cənab prezident!

Litva Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunam. Əminəm ki, əlaqələrimizin bütün sahələrdə genişlənməsi daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Litva xalqınının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 9 yanvar 2003-cü il.

Tarixi arayış