"Marubeni"


Yapon neft-qaz sənayesinin müxtəlif sahələrində ixtisaslaşan iri transmilli şirkət. "İtoçu" şirkətinin tərkibində fəaliyyətə başlayan bu şirkət ikinci dünya müharibəsindən sonra müstəqil fəaliyyət göstərməyə başlayıb. Yaponiyada 30 şöbəyə malik olan "Marubeni" hazırda dünyanın 79 ölkəsində 158 ticarət nümayəndəliyinə malikdir. Bundan başqa "Marubeni"nin iştirakı ilə dünyada 600 şirkət təsis edilib. Bunlar adətən müxtəlif məhsulların satışı, daşınma, maliyyə, sığorta və s. uzrə ixtisaslaşıblar. İllik mal dövriyyəsi 100 milyard ABŞ dolları olan şirkət bunun 47%-ni Yaponiyanın daxilində, qalanlarını isə xarici ölkələrdə reallaşdırır. 1999-cu ildən "Marubeni" şirkətinin bəzi qurumları Azərbaycanda müxtəlif layihələr reallaşdırmaqdadır.