Almaniya Federativ Respublikasının kansleri zati-aliləri Gerhard Şröderə - Bakı şəhəri, 16 avqust 2002-ci il


Hörmətli cənab kansler!

Ölkənizdə baş vermiş su daşqınları nəticəsində insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, fəlakətin vurduğu ziyanın tezliklə aradan qaldırılmasını arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 avqust 2002-ci il.