İspaniyanın kralı əlahəzrət I Xuan Karlosa - 7 oktyabr 2003-cü il


Əlahəzrət!

İspaniya krallığının milli bayramı - İspan milləti günü münasibətilə sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 12 oktyabr 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa