1998-ci ilin fevral ayının 13-14-də Heydər Əliyev Türkiyədə qısamüddətli işgüzar səfərdə olub. Səfər Türkiyə Prezidenti Süleyman Dəmirəl və Türkiyənin Baş naziri Məsud Yılmazın dəvəti ilə həyata keçirilib.
Səfərdə Azərbaycan-Türkiyə əlaqələri haqqında, eyni zamanda bölgədə, beynəlxalq aləmdə olan vəziyyət barədə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Türkiyənin Sənaye və İş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, ən nüfuzlu televiziya kanallarından biri - “Nərgiz TV -nin apardığı rəy sorğusuna görə planetimizin siyasi xadimləri arasında Heydər Əliyevə “Dünyada ilin adamı” fəxri adını təqdim ediblər.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.115