Hörmətli cənab sədr!
Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və Türkiyə Böyük Millət Məclisinin bütün üzvlərini ürəkdən təbrik edirəm.
Qardaş Türkiyənin dövlətçiliyin möhkəmləndirilməsi, demokratik, dünyəvi, hüquqi cəmiyyət quruculuğu sahəsindəki uğurları, beynəlxalq aləmdə layiqli yer tutması bizi qəlbən sevindirir. Əminəm ki, bir-biri ilə qırılmaz tellərlə bağlı olan Türkiyə ilə Azərbaycan arasındakı möhkəm dostluq, qarşılıqlı anlaşma və inam daim möhkəmlənəcək və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.