Qobustan rayonu Cəmcəmli kəndinin sakini Baxşəliyev Elmxan müəllimə - 9 oktyabr 1996-cı il


Hörmətli Elmxan müəllim!

Prezident seçilməyimin üçüncü ildönümü münasibətilə mənə göndərdiyiniz təbrik və xoş arzularınız üçün sizə minnətdarlığımı bildirirəm.

Mənim Azərbaycan prezidenti seçildiyim gün anadan olmuş körpənizə Heydər adını qoymağınız da məni mütəəssir etdi. Balaca Heydərə xeyir-dua verir və ona uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM