Maldiv Respublikasının prezidenti zati-aliləri cənab Məmun Əbdül Qəyyuma - 21 iyul 2003-cü il


Hörmətli cənab prezident!

Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında əlaqələrin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 26 iyul 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya